Stokholm terrorçusu etiraf etdi - “Əmri İŞİD-dən almışam”

Stokholm terrorçusu etiraf etdi - “Əmri İŞİD-dən almışam”

Aprelin 7-də Stokholmda baş vermiş hücum İŞİD terror qruplaşmasının əmri ilə həyata keçirilib

APA-nın verdiyi məlumata görə, bunu hücumu həyata keçirmiş Özbəkistan əsilli Rəhmət Akilov polisə ifadəsində deyib.
Terrorçu ifadəsində İŞİD tərəfdarı olduğunu etiraf edib. "Suriyada bombardmanlara son qoyulmalıdır”, - deyə R.Akilov bildirib.
Qeyd edək ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
 
Aktual.az
Xəbər 186 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR