Spirtli içki satışı qadağan edildi

Spirtli içki satışı qadağan edildi

Rusiyanın Səhiyyə Nazirliyi ölkədə spirtli içki satışının məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.

Publika.az xəbər verir ki, nazirlik xalqın sağlam həyat tərzi yaşaması üçün strateji qərarlar qəbul etməyə başlayıb.
Qərara görə ölkədə həftəsonları spirtli içki satılmayacaq.
Nazirlik ölkə siyasətinin spirtli içkidən istifadənin azaldılması mövzusunda kifayət qədər iş görmədiyini vurğulayıb. Buna görə də spitli içki satışı ilə bağlı qaydaları Səhiyyə Nazirliyinin tətbiq etməsinə ehtiyac olduğunu deyib.
Hazırda Rusiyada 23:00-08:00 saatları arasında spirtli içki satışı qadağası tətbiq edilir.
 
Aktual.az
Xəbər 327 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR