Spiker Zahid Oruca əsəbiləşdi: Sənin yerin görünür

Spiker Zahid Oruca əsəbiləşdi: Sənin yerin görünür

Milli Məclisin spikeri dövlət aparatının ixtisarından danışan deputata əsəbləşib.

Bəzi millət vəkilləri də bu replikanı alqışla qarşılayıb.

Aktual.az Ölkə.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında məmurların sayının azaldılması məsələsindən danışarkən deyib.

O qeyd edib ki, elə bil ki bu nazirliyi bir adama görə yaratmışıq:

"Energetika Nazirliyi nəyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən SOCAR var. Natiq müəllim təcrübəli şəxsdir. Neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma ayrıca bir nazirliyə ehtiyac yoxdur. Bundan əlavə, “Azərenerji”ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan “Azərişıq” adlı qurum var", deyə millət vəkili bildirib.

Millət vəkilinin bu çıxışına spiker Oqtay Əsədov isə "sənin gələcək yerin görünür..."- replikası ilə cavab verib.

Bəzi millət vəkilləri spikerin bu replikasını alqışla qarşılayıblar.

Xəbər 562 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR