Soyuq və yağıntılı hava nə vaxtadək davam edəcək?

Soyuq və yağıntılı hava nə vaxtadək davam edəcək?

"Yanvar ayının 17-də hava şəraiti sabitləşəcək".

Bunu "Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, yanvar ayının 17-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Yanvar ayının 18-də havanın temperaturu bugünlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək".
G.Məmmədova qeyd edib ki, sabah - yanvarın 16-da bəzi rayonlarda yağmursuz hava şaraiti müşahidə olunsa da, dağlıq rayonlarda yağmurla hava şəraiti hökm sürəcək.
 
Aktual.az
Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR