"Sovetski"dəki yanğınla bağlı rəsmi məlumat


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Yasamal rayonunda "Sovetski" adlanan ərazisində binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Aktual.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakının Yasamal rayonunda vətəndaşlara məxsus üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 4 mənzili 118 m² sahədə yanıb.

Yanğın zamanı 1969-cu il təvəllüdlü Liliya Mixalovna Xazibovanın yanmış meyiti aşkar olunub və 3-cü mərtəbənin eyvanından 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər hadisə yerinə cəlb olunaraq L.M.Xazibovanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.
 

Aktual.az

Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR