"Sosial şəbəkə istifadəçilərinin sayı 3 milyondan artıqdır" – Əli Həsənov


"Azərbaycanda şəffaflığın artırılması islahatların mərkəzində dayanır. Ölkədə eketron xidmətlər genişləndirilir, korrupsiya faktlarının qarşısı alınır”.

"Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin XV iclasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, ölkədə əhalinin 80 faizdən çoxu internet istifadəçisidir: "Sosial şəbəkə istifadəçilərinin sayı 3 milyondan artıqdır.  "Az” domeni ilə qeydiyyatdan keçən saytların sayı 20 mini keçib. 300-ə yaxın xəbər və analitik internet saytları var. İstənilən şəxs domen almaqla media fəaliyyətinə başlaya bilər. Ölkədə media qanunvericiliyi ən liberal formada hazırlanıb”.


Aktual.az
Xəbər 524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR