Son 15 gündə 100 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb

Son 15 gündə 100 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb

Son 15 gündə külli miqdarda narkotik dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 15 günü ərzində güclü təsiredici xüsusiyyətə malik olan, ümumi çəkisi 100 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 16 kiloqramdan çox heroin, 32 kiloqrama yaxın tiryək və 53 kiloqrama yaxın marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.
Həmçinin psixotrop tərkibli 2000 ədəd "Metadon” və 210 ədəd "Preqabalin” həb və kapsulaları da aşkar edilərək götürülüb.
Bu istiqamətdə tədbirlər qətiyyətlə davam etdirilir.
 
Aktual.az
Xəbər 143 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR