Somalidə ölənlərin sayı 21 nəfərə çatdı

Somalidə ölənlərin sayı 21 nəfərə çatdı
  • DÜNYA

Somalinin paytaxtı Moqadişoda iki partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

APA-nın "Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin sayının artacağı istisna edilmir.
Polis partlayışlardan sonra baş verən atışma zamanı 5 silahlının məhv edildiyini bildirib.
Terror aktına məsuliyyəti "Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.
Qeyd edək ki, "Əl Qaidə” qruplaşması ilə əlaqəli olan "Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

Xəbər 237 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR