Somali ABŞ vətəndaşını prezident seçdi

Somali ABŞ vətəndaşını prezident seçdi
  • DÜNYA

ABŞ prezidenti Donald Trampın vətəndaşlarına ölkəyə girişinə qadağa qoyduğu dövlətlərdən biri də Somalidir

"Ölkə.Az" xəbər verir ki, Somalidə ABŞ vətəndaşı Abdullahi Muhammed prezident seçilib.

Somalidə prezident seçkiləri keçirilib. Bir müddətdir ki, təxirə salınan seçkilərdə ABŞ vətəndaşı Abdullahi Muhammed qələbə qazanıb.

Somalidə prezident millət vəkilləri tərəfindən seçilir. Millət vəkillərini isə 135 tayfa lideri seçir. Somalidə seçki sistemində böyük rüşvət qalmaqalı olduğu deyilir. Hər bir millət vəkilinin seçkidə istifadə etdiyi səsin 1.3 milyon dollar qiyməti var.

Bir müddətdir ki, iqtisadi böhran və xaosla mübarizə aparan Somalidə Abdullahinin prezident seçilməsi beynəlxalq arenada müsbət qaşılanıb. Muhammedin ölkədəki rüşvət və korrupsiyaya qarşı mübarizə aparacağı gözlənilir.
 
Miq.az
Xəbər 705 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR