Şok kadrlar: "öpüş"dən bir saat sonra öldü - VİDEO - FOTO

Şok kadrlar:

İlan ovsunçusunun şou göstərmək niyyəti faciə ilə başa çatıb. Ovsunçu əlində tutduğu kral kobrasını "tamaşa"ya toplaşmış turistlərin önündə oynadıb. Daha sonra o, kobranın quyruğundan tutaraq turistlərdən birinin başına dolayıb.

Kobra bu zaman qəflətən turistin gicgahından dişləyib.
Milli.Az Daily Mail-ə istinadən bildirirlər ki, kobranın insanı bu cür çalmasına "ölüm öpüşü" deyirlər.
Olay Hindistanın şimal-qərbindəki Codhpur şəhərində baş verib.
Kobranın dişlədiyi turist nə baş verdiyini ilk-əvvəl anlamayıb. O, gighanı ovxalayıb, yaradan sızan qanı görəndə narahat olub
Lakin zəhər artıq onun bədəninə yerimişdi.
Kobranın dişlədiyi turist bir saat sonra keçinib.
 
 

Xəbər 1074 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR