ŞOK: Avropada insanları radiodan İŞİD-ə qoşulmağa çağırdılar

ŞOK: Avropada insanları radiodan İŞİD-ə qoşulmağa çağırdılar
  • DÜNYA

İsveçin "Mix Megapol” radiostansiyasının efiri yarım saat ərzində İŞİD terror qruplaşmasının döyüşçüləri tərəfindən ələ keçirilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, minlərlə isveçli İŞİD-in sıralarına daxil olmağa çağıran təbliğatçılıq mahnısını dinləyib.
Məlumata görə, "The Sake Of Allah” mahnısı yarım saat ərzində efirdə olub və on dəfə təkrarlanıb.
"Mix Megapol” rəhbərliyi hesab edir ki, radiostansiyanın tezliyi terrorçuların yayıma çıxmasına imkan verən pirat ötürücü aparatın köməyi ilə tutulub. Radiostansiyaya aid olan "Bauer Media” şirkətinin nümayəndələri polisi və telekommunikasiyalar üzrə milli agentliyi hadisə barəsində məlumatlandırıblar.
 
Aktual.az
Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR