SOCAR şefi neft qiyməti təklif etdi

SOCAR şefi neft qiyməti təklif etdi

Dünya bazarında neftin ucuzlaşması səbəbindən SOCAR-ın bəzi layihələrin icrasında çətinliklər yaranıb.Lakin mühüm layihələrin icrası davam edir və davam etdiriləcək.  

Aktual.aa virtualaz.org-a istinadən xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbində təhsil ocağına qəbul olmuş tələbələrlə görüşdə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.  

SOCAR prezidenti qeyd edib ki, icrası dayandırılmayan vacib layihələrdən biri də Bakı Ali Neft Məktəbinin tikintisidir:  "Neftin qiyməti ensə də, biz Bakı Ali Neft Məktəbinin tikintisini dayandırmırıq. Bu ali məktəbin inşası sürətlə davam edir".  

R.Abdullayev bu ilin sonunadək adıçəkilən ali məktəbin inşasının yekunlaşacağını deyib.    

***     Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan əldə olunan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır.  

APA-nın məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.  

R. Abdullayevin sözlərinə görə, dünya bazarında neftin hazırkı qiyməti dövlət büdcəsinə mənfi təsir göstərir:   "Əgər satdığımız malın qiyməti iki dəfədən artıq enibsə, deməli satışdan alınan gəlir də müvafiq olaraq 2-2,5 dəfə azalır. Bu isə o deməkdir ki, büdcəyə etdiyimiz ödənişlər və gələn il üzrə ödənişlər aşağı düşəcək. Bu, təbii prosesdir. Düşünürəm ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50-55 dollardan götürülməlidir". - See more 

Xəbər 739 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR