SOCAR qəza baş verən kəmərin bərpasına başladı

SOCAR qəza baş verən kəmərin bərpasına başladı

Ötən gün yanğın baş verən Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb.

SOCAR-dan Aktual.az-a  verilən məlumata görə, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb.
 
Aktual.az
Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR