SOCAR ixrac etdiyi dizel yanacağının həcmini açıqladı

SOCAR ixrac etdiyi dizel yanacağının həcmini açıqladı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2017-ci ilin yanvar-noyabr ayları ərzində 1 076 041 ton neft, neft-kimya məhsulları ixrac edib.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu həcmin 111 156 tonu noyabr ayında ixrac olunub.
Noyabr ayında 49 780 ton dizel yanacağı, 859 ton təyyarə yanacağı, 59 ton soba mazutu, 7 080 ton yüksək təzyiqli polietilen, 388 ton mütləqləşdirilmiş izopropil spirti, 6 521 ton maye piroliz qətranı, 3 112 ton propilen, 4 278 ton butilen butadiyen fraksiyası və s. məhsullar ixrac olunub.
Ümumilikdə, yanvar-noyabr aylarında 502 068 ton dizel yanacağı, 43 969 ton təyyarə yanacağı, 295 ton soba mazutu, 65 784 ton yüksək təzyiqli polietilen, 10 283 ton mütləqləşdirilmiş izopropil spirti, 56 827 ton maye piroliz qətranı, 34 497 ton propilen, 25 894 ton butilen butadiyen fraksiyası və digər məhsullar ixrac edilib.
2017-ci ilin noyabr ayında dünya bazarında etilləşdirilməmiş benzinin qiyməti (1 ton üçün) 600,39 ABŞ dolları, təyyarə yanacağı – 592,36 dollar, dizel yanacağı - 545,73 dollar, 1%-li kükürdlü mazut - 357,94 dollar, yüksək təzyiqli polietilen - 1 214 dollar, butilen butadien fraksiyası - 649,16 dollar, maye piroliz qətranı - 600,39 dollar, propilen - 860 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 1 227,50 avro təşkil edib.
Qeyd edək ki, noyabrda dünya bazarında "Brent” tipli xam neftin 1 bareli 62,62 dollara, "Urals” nefti - 61,99 dollara, "BTC FOB Ceyhan” tipli xam neft isə 63,72 dollara satılıb.
 
Aktual.az
Xəbər 341 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR