SOCAR-ın ötən il Gürcüstana yatırdığı investisiyanın həcmi açıqlanıb

SOCAR-ın ötən il Gürcüstana yatırdığı investisiyanın həcmi açıqlanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2017-ci ildə Gürcüstana yatırdığı investisiyanın həcmi 52,1 mln. ABŞ dolları təşkil edib.

Bu barədə "Report”a SOCAR-ın Gürcüstandakı törəməsi "SOCAR Energy Georgia” şirkətindən bildirilib.
Qeyd olunub ki, "SOCAR Energy Georgia”nın tərkibinə daxil olan bütün şirkətlər tərəfindən Gürcüstan büdcəsinə 2017-ci ildə 116 mln. dollar məbləğində vergi ödənilib.
Qeyd edək ki, SOCAR-ın Gürcüstanda fəaliyyəti "SOCAR Energy Georgia” şirkəti vasitəsilə həyata keçirilir. "SOCAR Energy Georgia” 2006-cı ildə yaradılıb.
"SOCAR Energy Georgia” MMC Tbilisi şəhəri istisna olmaqla bütün Gürcüstan üzrə regional qaz distribusiya şəbəkəsinin 95%-ni idarə edir. SOCAR Gürcüstan bazarında Azərbaycan və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını da həyata keçirir.
 
Aktual.az
Xəbər 284 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR