SOCAR əməkdaşı qəzada öldü

SOCAR əməkdaşı qəzada öldü

SOCAR Təhlükəsizlik İdarəsinin neft kəmərlərini mühafizə edən işçisinin ölümü ilə bağlı məlumat yayıb.

Neft Şirkətindən Aktual.az-a verilən məlumata görə, qəza bu gün səhər saat 07 radələrində baş verib.

90 AR 644 dövlət nömrə nişanlı “Mitsubişi” markalı nəqliyyat vasitəsi Böyükşor-Sumqayıt kəmərinin 10-cu kilometrində xəttin 70 metrliyində idarəetməni itirib. Nəticədə arxadan qarşıdakı avtomobilin qoşqusuna çırpılıb.

Qəza nəticəsində sürücü Məlikli Mətləb Abdulla oğlu hadisə yerində keçinib. Atıcılar Sadıqov Sakit Babat oğlu və Məmmədov Rəşad Fazil oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır, əlavə məlumat veriləcək

Xəbər 1090 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR