SOCAR büdcə ödənişlərini 16% artırıb

SOCAR büdcə ödənişlərini 16% artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bu ilin avqust ayında dövlət büdcəsinə 133,782 mln. manat vəsait ödənilib.

Aktual.az-ın  SOCAR-a istinadən verdiyi xəbər görə, bu göstərici 2016-cı ilin avqust ayı ilə müqayisədə 17,321 mln. manat və ya 14,9% çoxdur.
Ümumiyyətlə, cari ilin yanvar-avqust aylarında büdcəyə 1 048,348 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 142,946 mln. manat və ya 15,8% çoxdur.
Bundan əlavə, 2017-ci ilin avqust ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 12,575 mln. manat vəsait köçürülüb. Cari ilin yanvar-avqust aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 99,826 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,479 mln. manat və ya 5,8% çoxdur.
 
Aktual.az
Xəbər 319 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR