SOCAR bu il 452 min ton dizel və 43 min ton təyyarə yanacağı ixrac edib

SOCAR bu il 452 min ton dizel və 43 min ton təyyarə yanacağı ixrac edib

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin oktyabr ayında 51 min 129 ton dizel yanacağı, 9 min 527 ton təyyarə yanacağı, 2 min 439 ton yüksək təzyiqli polietilen, 786 ton mütləqləşdirilmiş izopropil spirti, 3 min 321 ton maye piroliz qətranı və 2 min 134 ton propilen ixrac edib.
Aktual.az
SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində 452 min 288 ton dizel yanacağı, 43 min 110 ton təyyarə yanacağı, 236 ton soba mazutu, 58 min 704 ton yüksək təzyiqli polietilen, 9 min 894 ton mütləqləşdirilmiş izopropil spirti, 50 min 306 ton maye piroliz qətranı, 31 min 384 ton propilen və 21 min 616 ton butilen butadien fraksiyası ixrac edilib.

2017-ci ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 560,49 ABŞ dolları, təyyarə yanacağının - 543,08 dollar, dizel yanacağının - 505,58 dollar, 1 faizli kükürdlü mazutun - 330,91 dollar, yüksək təzyiqli polietilenin -1235 dollar, butilen butadien fraksiyasının - 652,86 dollar, maye piroliz qətranının - 560,49 dollar, propilenin qiyməti - 860 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1282,50 avro təşkil edib.

Aktual.az 
Xəbər 531 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR