SOCAR azərbaycanlılara satılan qazın həcmini açıqlandı

SOCAR azərbaycanlılara satılan qazın həcmini açıqlandı

Şirkət məlumat yaydı.

Bu ilin oktyabr ayında “Azəriqaz” İB-də əhali sektoru üzrə 7 778 yeni abonent qeydiyyata alınıb.

Aktual.az Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bunun 3 001-i Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunun, 4 777-si isə regionların payına düşüb.

“Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında qeydiyyata alınmış yeni abonentlərin sayı 68 111 təşkil edib. Bu göstəricinin 24 904-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 43 207-si isə regionlar üzrə olub.

Cari ilin oktyabr ayında əhali sektoru üzrə 142,862 mln. kubmetr həcmində təbii qaz satılıb, ödəniş isə 113,2% təşkil edib”, - deyə SOCAR-dan bildirilib.

SOCAR-dan verilən məlumata görə, noyabrın 1-nə, əhali sektoru üzrə 125 590 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunub. Bundan əlavə, 331 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Xəbər 502 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR