SOCAR 1000 nəfər işçi axtarır

SOCAR 1000 nəfər işçi axtarır

SOCAR-ın "Azəriqaz" İB-də 1000 nəfərə yaxın işçi qüvvəsinə ehtiyac yaranıb".

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

X. Məmmədovun sözlərinə görə, müsabiqə neft sektorunun inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki dövlət siyasətinə əsaslanaraq Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və SOCAR arasında əməkdaşlıq haqqında memorandum çərçivəsində gənclərin məşğulluğunun təmin olunmasına yönəlib.

Vitse-prezident bildirib ki, sənədlər "Azəriqaz" tərəfindən nazirlik yanında Dövlət Məşğulluq Xidmətinə artıq təqdim edilib. Müsabiqəyə 30 yaşı olmayan minimum tam orta təhsili, fiziki cəhətdən sağlam olan və regionlarda daimi yaşayan (Bakı, Sumqayıt və Abşeron rayonunda qeydiyyatdan olanlardan başqa) iştirak edə bilərlər.

O qeyd edib ki, vakansiya üzrə 410 vakant yer üzrə dərhal işə götürüləcək. 560 əlavə vakansiya üzrə qəbul olunanlar isə bir il ərzində proqnozlaşdırılan vakant yerləri üçün SOCAR-ın kadr ehtiyatları bazasına daxil ediləcək və işə qəbul olunacaq.

Müsabiqə prosesinin bütün mərhələləri barədə məlumatlar iddiaçıların müraciət zamanı göstərdikləri elektron poçt ünvanlarına və mobil telefon nömrələrinə SMS vasitəsilə göstəriləcək. Müraciəti təsdiq edilən iddiaçıların hər birinə Fərdi İdentifikasiya nömrəsi və şifrə veriləcək. Bunun vasitəsilə onlar müvafiq linkə daxil olmaqda müsabiqənin nəticələri haqqında məlumat ala biləcəklər.

// Aktual.az

Xəbər 1027 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR