Sobada hər gün 50 nəfərin cəsədi yandırıldı - DƏHŞƏTLİ İDDİA

Sobada hər gün 50 nəfərin cəsədi yandırıldı - DƏHŞƏTLİ İDDİA

Suriyada Bəşər Əsəd rejimi Saydnaya həbsxanasında minlərlə insanı öldürərək cəsədlərini sobalarda yandırıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin köməkçisi Stüart Jonas mətbuat konfransında deyib.
O, sobaların həbsxananın bir hissəsində inşa edildiyini söyləyib. Amerikalı diplomatın sözlərinə görə, paytaxt Dəməşqin təxminən 45 dəqiqəlik məsafəsində yerləşən həbsxanada hər gün orta hesabla 50 məhbus öldürülüb.
Stüart Jonas bildirib ki, öldürülən məhkumların cəsədləri dəlillərin aradan götürülməsi üçün yandırılıb.
Mətbuat konfransında jurnalistlərə peykdən çəkilən və sözügedən sobaların təsvir edildiyi görüntülər təqdim olunub. Həbsxanadan ilk totoşəkillərin 2013-cü ildə çəkildiyi deyilir. 2015-ci ildə çəkilən bir fotoşəkildə isə soba olduğu deyilən binanın damındakı qarın əridiyi görünür.

Aktual.az
Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR