"Skype"da problem yarandı

  • DÜNYA

"Skype" proqramının işində bu gün qüsurlar qeydə alınıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, qüsurlarla əsasən Şimali Amerika və Avropadakı istifadəçilər üzləşib.

Onlar ismarıclar göndərə bilmədiklərini və zəng xidmətindən istifadə edə bilmədiklərini deyiblər.

"Microsoft" şirkəti şikayətlərə cavab olaraq, qüsurların qısa müddətdə aradan qaldırılacağını bildirib.

Hazırda qüsurların baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, iyun ayında "Skype" servisinin işində qüsurlar qeydə alınmışdı. O zaman texniki qüsurların aradan qaldırılması üçün 2 gün vaxt tələb olunmuşdu.
 
Aktual.az 
Xəbər 308 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR