“Skype” xidmətinə dəyişiklik edildi

“Skype” xidmətinə dəyişiklik edildi

"Microsoft” şirkəti "Skype” xidmətinə "Cortana” səs köməkçisini inteqrasiya edib. Beləliklə, messencer artıq süni intellekt elementlərini dəstəkləyir.

Aktual.az ICTnews-a istinadən xəbər verir ki, "Cortana” səs köməkçisi "Skype” istifadəçilərinə öz vaxtlarını planlaşdırmağa və danışığı dəstəkləməyə kömək edir, həmçinin daxil olan mesajları təhlil edərək, cavab variantları təklif edir.
Bundan başqa, "Cortana” təqvimdə həmsöhbətlər tərəfindən nəzərdə tutulmuş görüş haqda xatırlatma yaratmağa kömək edəcək.
İstifadəçilər birbaşa "Skype” xidmətində internetdə səsli sorğular vasitəsilə axtarış edə bilərlər.
"iOS” və "Android” mobil sistemləri üçün "Cortana” səs köməkçisinə malik "Skype” proqramı "App Store” və "Google Play” mağazalarında pulsuz yükləmə üçün əlçatandır.
"Skype” proqramı daxilində bu xidmətin imkanlarından hələlik yalnız ABŞ sakinləri istifadə edə bilərlər.
 
Aktual.az
Xəbər 425 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR