Skoliozun müalicəsi korset taxmaqla mümkündür?

Skoliozun müalicəsi korset taxmaqla mümkündür?

"Uşaqlarda daha çox skolioz xəstəliyi üstünlük təşkil edir. Valideynlər tez-tez müraciət edirlər ki, uşağa korset taxa bilərəmmi? Bu, ciddi müayinə nəticəsində qərar verilə biləcək bir məsələdir”.

Aktual.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşırov deyib.

O bildirib ki, uşaqda olan bu problemi korset taxmaqla aradan qaldırmaq mümkün deyil: "Qız uşaqlarında 8-12, oğlanlarda isə 11-13 yaş arasında daha aktiv böyümə getdiyi üçün əyilməyə meyillilik olur. Ümumilikdə isə konkret yaş aralığı yoxdur. Korset taxılması da müayinə nəticəsində məsləhət görülə bilər. Yəni, həkim məsləhəti olmadan korset taxılması müalicə üsulu deyil. Çünki onurğa deformasiyası korsetlə müalicə olunmur. Bəlli bir zaman üçün istifadə oluna bilər. Amma davamlı olaraq istifadə etməklə skoliozdan qurtulmaq mümkün deyil. Belə olsaydı, dünyada bu xəstəlikdən əziyyət çəkən adam qalmazdı”.
Xəbər 2041 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR