Siyəzən Elektrik Şəbəkəsində yenidənqurma işləri genişlənir

Siyəzən Elektrik Şəbəkəsində yenidənqurma işləri genişlənir

 
Rayon mərkəzi, 1 qəsəbə, 37 kəndi özündə birləşdirən, 41 min nəfər əhaliyə xidmət edən Siyəzən Elektrik Şəbəkəsinin inzibati ərazisində istehlakçıların fasiləsiz, dayanaqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yenidənqurma və əsaslı təmir-tikinti işləri davam etdirilir.

Aktual.az xəbər verir ki, "Azərişıq” ASC tərəfindən rayon ərazisində 60 ədəd yeni komplekt transformator məntəqəsi qurlaşdırılıb. Rayonun 8 kəndində 0,4 kV-luq şəbəkələr yenidən qurulub və istismara verilib,digər kəndlərdə yenidənqurma işləri sürətlə davam etdirilir.

Hazırda rayon mərkəzində 1 ədəd yeni 35 kV-luq yarımstansiya inşa edilir.Son iki ildə rayon ərazisində 0,4 kV-luq şəbəkənin yenidən qurulması məqsədi ilə 4.510 ədəd dayaq basdırılıb və 93.8 km ÖİN (özünüdaşıyan izolyasiyalı naqillər) xətti çəkilib. Həmçinin 6-10 kV-luq şəbəkənin mövcud vəziyyətini yaxşılaşdırmaq və yenidənqurma məqsədi ilə 40 km naqil çəkilməklə 1.142 ədəd 10 kV-luq dayaq yenilənib.
 
Aktual.az 
Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR