Sitrus meyvələri festivalı keçiriləcək

Sitrus meyvələri festivalı keçiriləcək

Azərbaycanda ilk dəfə Lənkəran şəhərində "Çay, çəltik və sitrus meyvələri” festivalı keçiriləcək.

Aktual.az xəbər verir ki, bu barədə Report-a Lənkəran Şəhər İcra Hakimiyyətindən (ŞİH) məlumat verilib.
Bildirilib ki, Lənkəran ŞİH-nin təşkilatçılığı ilə təşkil olunan festival dekabrın 19-da, saat 11:00-da şəhərin Heydər Əliyev xatirə parkında başlayacaq və bu tədbir əsl "Məhsul bolluğu” bayramı olacaq.
Festivalda bədii özfəaliyyət kollektivlərinin rəngarəng, ədəbi-bədii kompozisiyaları ifa olunacaq, musiqi nömrələri səsləndiriləcək, gənclərin iştirakı ilə əyləncəli proqramlar nümayiş etdiriləcək.
Festival respublikanın tanınmış incəsənət xadimlərinin ifasında bayram konserti və atəşfəşanlıqla yekunlaşacaq.

Aktual.az
Xəbər 1930 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR