Şirvanda qadın bacısının evindən oğurluq etdi

Şirvanda qadın bacısının evindən oğurluq etdi

Dekabrın 14-də Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi” Xidmətinə Şirvan şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən  Aktual.az-a bildirilib ki, məlumatla əlaqədar həmin ünvana gedən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar. Məlum olub ki, mənzildən 800 manat pul və  3240 manat dəyərində qızıl-zinət əşyaları və məişət avadanlıqları oğurlanıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhələr ev sahibəsinin bacısının üzərində cəmlənib. 
Görülmüş təxirəsalınmaz tədbirlərlə Aytəkin Əmirova Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
 
Aktual.az
Xəbər 74 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR