Siqaret çəkməyənlərə ƏLA İMKAN - İNANILMAZ YENİLİK

Siqaret çəkməyənlərə ƏLA İMKAN - İNANILMAZ YENİLİK
  • DÜNYA

Yaponiyada bir firma siqaret çəkən əməkdaşlarının illik tətilinə 6 gün əlavə edib.

Publika.az xəbər verir ki, buna səbəb firmanın siqaret çəkməyən əməkdaşlarının çəkənlərə etiraz etməsidir.
Tokioda yerləşən Piala İncorporated şirkətinin əməkdaşları ayın sonuncu dilək qutusuna arzu və istəklərini yazıblar. Bu istəklər arasında siqaret fasilələrinin işdə bir sıra problemlərə səbəb olması qeyd edilib.
Bu təklifləri oxuyan şirkət rəsmiləri siqaret çəkməyənlərin hüquqlarını qorumaq üçün onlara ildə 6 günlük əlavə istirahət haqqı verib.
Araşdırma zamanı bəlli olub ki, ofisdə siqaret çəkən əməkdaşlar hər dəfə siqaret fasiləsində 29-cu mərtəbədən zəminə enir. Bu zaman təxminən 15 dəqiqə vaxt itirirlər.
Yeni qərardan sonra şirkətin 120 əməkdaşından 30-u əlavə tətil imkanı qazanıb. 4 nəfər isə siqaret çəkməkdən imtina edib. Şirkət rəhbərliyi bildirib ki, onlar siqaret istifadəsini cəza deyil, təşviqlə azaltmağı hədəfləyir.
Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı rəqəmlərə görə, Yaponiyada yetkinlik yaşına keçən şəxslərin 21.7 faizi siqaret çəkir.
 
Aktual.az
Xəbər 490 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR