Şimali Koreya ilk dəfə olaraq sualtı qayıqların ballistik raketlərini nümayiş etdirdi

Şimali Koreya ilk dəfə olaraq sualtı qayıqların ballistik raketlərini nümayiş etdirdi

Şimali Koreya rəhbərliyi ilk dəfə olaraq paytaxt Pxenyanda keçirilən hərbi paradda sualtı qayıqların ballistik raketlərini nümayiş etdirib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, sualtı qayıqların "Pukkıkson-2" tipli ballistik raketləri yerli televiziya vasitəsilə yayımlanıb.  
 
Qeyd edək ki, bu gün KXDR-nin yaradıcısı Kim İr Senin anadan olmasının 105 illiyi münasibəri ilə Pxenyanda hərbi parad təşkil olunub.
 
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Şimali Koreyanı ciddi təhlükə adlandırıb və Koreya yarımadasının sahillərinə aviadaşıyıcı hücum donanması göndərib. 
 
Aktual.az 
Xəbər 473 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR