Şimali Koreya ABŞ-la danışıqların şərtini açıqlayıb

Şimali Koreya ABŞ-la danışıqların şərtini açıqlayıb

Vaşinqton Pxenyandan ilkin tələblərin icra edilməsini tələb etməyəcəyi təqdirdə Şimali Koreya ABŞ-la danışıqlarda iştirak edəcək. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə KXDR XİN-in məlumatında bildirilir.

"Onilliklərdir davam edən KXDR-ABŞ danışıqları dövründə biz hələ bir dəfə də olsun ABŞ-la hər-hansı ilkin şərtlərlə bağlı danışıqlar aparmamışıq. Bu gələcəkdə də davam etdiriləcək”, – deyə Şimali Koreya XİN-nin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Pxenyan dialoq və danışıqların köməyi ilə məsələləri dinc və diplomatik yolla nizamlamağa hazırdır. Diplomat qeyd edib ki, KXDR Vaşinqtona dialoq aparmağa yalvarmayacaq və ABŞ-ın bəyan etdiyi hərbi variantdan yayınmayacaq: "Pxenyan tərəfləri narahat edən məsələləri bərabər hüquqluluq əsasında müzakirə etməyə hazırdır”.
Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR