Şeyxin Rövşəndən aldığı əmlakların siyahısı

Şeyxin Rövşəndən aldığı əmlakların siyahısı

Kriminal dairələrdə "Şeyx Həmzət” kimi məşhur olan Həmzət Qastamirov Avropa "kriminal cəmiyyət”in tamhüquqlu üzvü olur.

Aktual.az publika.az-a istinadən xəbər verir ki, "qanuni oğru” Rövşən Canıyevin (Rövşən Lənkəranski) ölümündən sonra onun Avropadakı bütün aktivləri Qastamirova keçib.

Xatırladaq ki, Lənkəranskinin bir ayın içində İtaliyanın Pozitano şəhərində "Le Sirenuse" və "Covo dei Saraceni" hotellərini nağd pulla alması İtaliyanın maliyyə polisinin diqqətini cəlb etmişdi. Birinci hotel üçün 52 milyon, ikinci hotel üçünsə 49 milyon avro nağd pul ödənilib. Hüquq-mühafizə orqanları Canıyevi yaxalaya biliblər, amma kriminal avtoritet otelləri öz adına rəsmiləşdirməyib. Canıyev hələ yaşayarkən "Covo dei Saraceni” mehmanxanasını öz partnyoru "Şeyx Həmzət”in xanımının adına rəsmiləşdirib.

Artıq Qastamirov Lənkəranskinin ölümündən sonra "Le Sirenuse”ni onun qohumlarından məhkəmə vasitəsilə alıb. Şeyx Həmzət Lənkəranskinin "Le Sirenuse” hotelini öz qohumlarından birinin adına rəsmiləşdirib. Lakin bu gün hər iki otel Şeyx Həmzətin mafioz qrupunun ümumi Avropa kassasına tabedir.

İki il əvvəl Şeyx Həmzət və Rövşən Lənkəranski öz səhmlərini genişləndiriblər - Münhendəki 82 milyon dollar qiyməti olan Sofitel Munich Bayerpost otelini alıblar. Bura maliyyənin 10 faizi Canıyev tərəfindən qoyulub. Lakin hazırda, "Munich Bayerpost” nəşrinin yazdığına görə, "Hotel Sofitel” Qastamirovun tam nəzarətinə keçib.

Nəşrin məlumatına görə, "Şeyx Həmzət”in nəzarətinə kriminal aləmin liderlərindən olan avtoritet "Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovun biznesi də keçib. Kalaşovun Rusiyada həbsindən sonra onun təsərrüfatının Qastamirova ötürülməsi ehtiyacı yaranıb. "Şeyx Həmzət” və "Molodoy Şakro” Belçikada zərgərlik evinin 50 faiz səhmlərinə malik olurlar. Bundan başqa, onun əlinə dünyanın ən böyük mehmanxanaların siyahısına daxil olan "Caesars Palace” (Las-Veqas) kazino-mehmanxanası keçib.

Məlumdur ki, 41 yaşlı çeçen "avtoritet” Moskvada öz cinayətkar karyerasını başlayıb. O, 1992-ci ildə Kiyev dəmiryol vağzalının yanında yerləşən "Arevik” erməni restoranını nəzarəti altına götürüb. ”Arevik" restoranından dərhal sonra "Şeyx Həmzət” Köhnə Arbatda, Gürcüstanın Moskvadakı diplomatik nümayəndəliyinin zirzəmidəki yerində yerləşən "Mziuri" gürcü restoranı və gecə klubuna xərac qoyur. Burada uğur gənc çeçenin üzünə gülməyə başlayıb və Köhnə Arbatdakı bütün gəlirli obyektlər bir-birinin ardınca onun nəzarətinə keçməyə başlayıb.

1999-cu ildə - Moskvada Rövşən Lənkəranski peyda olanda Qastamirov artıq kifayət qədər nüfuz sahibi idi. Lənkəranski Qastamirovla tez dostlaşır. 2000-ci ildə onların qruplaşmaları birləşir və Lənkəranski Qastamirov Avropaya köçəndən sonra öz pulunu onun vasitəsilə çıxarmağa başlayıb.

Rövşən Canıyevin ölümü və "Molodoy Şakro”nun tutulmasından sonra türk və çeçen mafiya qruplaşmalarını birləşdirən "Şeyx Həmzət” saysız-hesabsız sərvətlərin hesabına nüfuzunu artırıb.
 
// Aktual.az
 

Xəbər 7825 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR