Sevgililər Günü qadağan olundu - Məhkəmə qərarı ilə

Sevgililər Günü qadağan olundu - Məhkəmə qərarı ilə
  • DÜNYA

İslamabad Ali Məhkəməsi Pakistan ərazisində Müqəddəs Valentin Günü - Sevgililər Gününü qadağan edib.

Məhkəmə bu qərarı Sevgililər Gününün islam ənənələri ilə heç bir əlaqəsinin olmadığını əsas gətirərək qəbul edib.
Qərara əsasən, həm rəsmi səviyyədə, həm də əhali arasında istənilən şəkildə həmin günü qeyd etmək qadağandır. Eyni zamanda, bu bayramın KİV-də təşviqi və ya reklamı da qadağan edilib.
Qeyd edək ki, Sevgililər Günü hər il fevralın 14-də qeyd olunur. (azvision.az)

Aktual.az
Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR