Sevdiyi qızın xalası oğlunu öldürdü: Söyüş üstündə - MƏHKƏMƏ

Sevdiyi qızın xalası oğlunu öldürdü: Söyüş üstündə - MƏHKƏMƏ

Bakıda sevdiyi qızın xalası oğlu İslam Hüseynovu öldürməkdə təqsirli bilinən 22 yaşlı İbrahim Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Ramilə Nəbiyeva ifadə verib.
Ramilə Nəbiyeva deyib ki, təqsirləndirilən şəxs onun bacısı oğludur. O, bildirib ki, İbrahim Sadıqov hadisəni törətdikdən sonra onlara gəlib: "Dedi İslamı vurmuşam. Xala kimi onu bu hərəkətinə görə danladım. Həmin vaxt İbrahim çox əsəbi idi. Ətrafında olanlar da onunla ehtiyatlı davranırdı. Əsəbləri yerində olmadığından tez özündən çıxırdı”.
Şahid bildirib ki, qətlin söyüş üstündə baş verib: "Bilirəm ki, söyüş üstündə olub. Ölən şəxs bunu söyüb. Bu da onu vurub”.
İttihama görə, İbrahim Sadıqov sevdiyi qızın xalası oğlunu qətlə yetirib. Hadisəyə səbəb isə İbrahim Sadıqovun zarafatı olub. İbrahim Sadıqov sevdiyi Günel Əsgərovadan "yox” cavabı alıb. Günelin ailəsi də bu evliliyə razı olmayıb. Qız yaşadığı rayondan Bakıya, xalasıgilə gəlib. İbrahim Sadıqov Günel Əsgərovanın xalasıgilə zəng edərək onunla danışmaq istəyib. Telefona Genel Əsgərovanın xalası oğlu İslam Hüseynov cavab verib. İbrahim Sadıqov Günellə danışmaq istəsə də, xalası oğlu buna icazə verməyib. Bu zaman İbrahim Sadıqov daha əvvəl tanıdığı İslam Hüseynovla zarafat edərək "Güneli anası ilə birlikdə qaçıracağam" deyib.
İbrahim Sadıqovun bu zarafatı İslam Hüseynovun xoşuna gəlməyib və ona xəbərdarlıq edib. Telefonda mübahisə başlayıb. Onlar mübahisəni "həll etmək" üçün görüşüblər. Bakıda Nərimanov rayonu ərazisindəki görüşə İbrahim Sadıqov tək, İslam Hüseynov isə qardaşı ilə gəlib. İbrahim Sadıqov təkbətək söhbət adı ilə İslam Hüseynovu qardaşının yanından ayırıb. Söhbət əsnasında onlar yenə də mübahisə ediblər və İbrahim Sadıqov üzərində gətirdiyi bıçaqla İslam Hüseynova çoxsaylı zərbələr endirib.
33 yaşlı İslam Hüseynov hadisə yerində dünyasını dəyişib İbrahim Sadıqov Cinayət Məcəlləsinin 120.2.2 (xüliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqda adam öldürmə) maddələri ilə təqsirli bilinir.
Xəbər 1851 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR