Səudiyyə Ərəbistanının İrana qarşı aldığı silahların siyahısı AÇIQLANDI

Səudiyyə Ərəbistanının İrana qarşı aldığı silahların siyahısı AÇIQLANDI

ABŞ-ın Səudiyyə Ərəbistanına satacağı silahların çeşidi ilə bağlı yeni sənəd üzə çıxıb.
 
Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, Donald Trampın Yaxın Şərq səfəri zamanı krallığın rəhbərliyi ilə razılaşdırdığı 110 milyard dollarlıq silah müqaviləsi raket əleyhinə müdafiə sistemlərindən tutmuş, döyüş sursatları və döyüş təyyarələrinə qədər fərqli silahları əhatə edir. Həmin texnikanın İrana qarşı mümkün hərbi münaqişə zamanı istifadə olunacağı bildirilir.
 
Məlumata görə, ərəblər 13,5 milyard dollar THAAD hava hücumundam müdafiə raketlərinin 7 batareyasını alacaq. Bu batareyalar 2023-2026-cı illərdə Ər-Riyada təqdim olunacaq.
 
Bundan başqa, 5 milyard dollar idarə olunan (ağılı) kamikadze-dronlara, 7 milyard dollar Səudiyyə Ərəbistanının Patriot Hava Hücumundan Müdafiə Sistemlərinin modernləşdirilməsinə, 6 milyard dollar Lockheed Martin korporaiyasının inşa edəcəyi 6 hərbi gəmiyə, 42 milyard dollar isə Locheed Martin KC-130, Lockeed C-130 Hercules, F-15 təyyarələri və s. sərf olunacaq.
 
Bununla yanaşı, krallıq hərbi texnikanın təmirinə 2 milyard dollar, 200 yeni zirehli texnikanın alınmasına 1,5 milyard dollar, qaubitsaların alınmasına 1,3 milyard dollar və müasir C4i hərbi təminat proqramının alınmasına 18 milyard dollar ayrılacaq.
 
Aktual.az
Xəbər 231 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR