Səs yazısı yayılan direktor barədə RƏSMİ AÇIQLAMA

Səs yazısı yayılan  direktor barədə RƏSMİ AÇIQLAMA

Şəmkir rayonunun Aşağı Seyfəli kənd məktəbində keçmiş laborantı Xatirə Əliyeva ilə direktor Akif Namazovun arasında yaşanan qalmaqalla bağlı yeni faktlar açıqlanıb.
 
Bu gün A.Namazovun məktəb müəllimlərindən biri ilə telefonla danışması barədə səs yazısı yayılıb.
Həmin materialda A.Namazov Təhsil Nazirliyindən diplomuna imtina gəlmiş müəllimdən problemin həlli üçün 500 manat rüşvət tələb edir.
Məsələ ilə bağlı hazırda araşdırmanın aparıldığı Şəmkir rayon Təhsil Şöbəsi ilə əlaqə saxladıq.
Şöbənin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov Publika.az-a bildirib ki, saytlarda yayılmış səs yazısı məsələni araşdıran Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin əməkdaşları və Şəmkir Rayon Təhsil Şöbəsinin nümayəndələrinə də təqdim edilib: "Təqdim edilmiş materiallar əsasında araşdırma davam etdirilir. Artıq hər iki tərəf və məktəb müəllimləri dinlənilib. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”.
 
Aktual.az
Xəbər 298 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR