Şərqi Qutadan 100 mindən çox adam çıxıb

Şərqi Qutadan 100 mindən çox adam çıxıb

Şərqi Qutadan "humanitar pauzalar" başlayandan 100 mindən çox adam çıxıb.

Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuriy Yevtuşenko deyib.
Y.Yevtuşenko bildirib: "Cəmi "humanitar pauzalar" başlayandan Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin köməyi ilə Şərqi Qutadan 103606 adam çıxıb".

Onun sözlərinə görə, Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin əsas istiqamətlərindən biri humanitar vəziyyətin yaxşılaşdırılması üzrə şəraitin yaradılması, əhaliyə tibbi yardımın göstərilməsi və Suriya vətəndaşlarının əsas ehtiyaclarını ödəməkdir.
Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR