Sərnişinlərə şad xəbər - Mayın sonundan kondisionerlər qoşulacaq

Sərnişinlərə şad xəbər   - Mayın sonundan kondisionerlər qoşulacaq

“BakuBus” avtobuslarında kondisionerlər daimi olaraq mayın sonundan qoşulacaq.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

Son günlər ictimai nəqliyyatdan istifadə edən sərnişinlər tərəfindən ən çox müraciət olunan məsələ "BakuBus"-a məxsus avtobusların salonunda kondisionerlərin daimi qoşulmamasıdır deyə o bildirib: “Məlumat üçün qeyd edim ki, tam yay rejiminə keçid mayın 28-dən nəzərdə tutulduğu üçün bu tarixə qədər günün pik saatlarında sərnişinlər bilavasitə sürücüyə müraciət edərlərsə bu problem aradan qaldırılar. Daimi rejimdə fəaliyyətə isə Mayın sonundan keçiləcək”. 

Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR