Serj Sarqsyanın istefa verdiyi gün anası ölüb

Serj Sarqsyanın istefa verdiyi gün anası ölüb

Ermənistanın keçmiş baş naziri Serj Sarqsyanın anası Nora Sarqsyan aprelin 23-də - oğlunun baş nazir vəzifəsindən istefa verdiyini açıqladığı gün vəfat edib.

Aktual.az report-a istinadən xəbər verir ki, siyasətçinin anasının ölümü barədə Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin məlumat verib.
Parlamentari qeyd edib ki, anasının ölümü Sarqsyanın istefaya getməsinin səbəblərindən biri olub.

Ermənistan KİV-inin məlumatına görə, Nora Sarqsyan oğlunun baş nazir postunu tutmasına qarşı çıxırdı.
Xatırladaq ki, Serj Sarqsyan çoxminlik etirazçıların nümayişləri fonunda aprelin 23-də Ermənistanın baş naziri vəzifəsindən istefa verib.
 
Aktual.az
Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR