Sərhəddə əməliyyat: Əcnəbi tələbələr saxlanıldı

Sərhəddə əməliyyat: Əcnəbi tələbələr saxlanıldı

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yardımlı ra­yo­nunun Alar kəndin­dəki sərhəd zastavasının xidməti sa­hə­sin­də Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən Banqladeş Xalq Respublikası vətən­daş­ları - 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muham­mad Bahauddin, onlara bələdçilik edən İran İslam Respublikası vətən­daşı, 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğlu saxlanıl­ıblar.

DSX-nin mətbuat mərkəzindən Aktual.az-a  bildirilib ki, sərhəd pozucu­ları­nın dövlət sərhədindən keçiril­mə­sinə vasitəçilik edən Azərbaycan vətən­daşı, Yar­dımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu ha­disə yerin­dən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb. İlkin araşdırma zamanı Banqladeş vətəndaşlarının "Odlar Yurdu" və "Qərb" univer­sitetlərinin tələ­bə­ləri olması müəyyən­ləşdirilib.
Cəlilabad ra­yo­nunun Əsədli kəndin­­dəki sərhəd zastavasının xidməti sa­hə­sin­də isə İrandan Azərbaycana dövlət sərhədinin pozul­ması əlamətləri aşkarlanıb. Fakt üzrə keçirilmiş əməliy­yat-axtarış tədbirləri nəticə­sin­də sərhəd pozucusunu qarşıla­maq üçün əraziyə gəlmiş Cəlilabad rayonunun Musalı kənd sakinləri Gözəlov Daxil Əhməd oğlu, onun qardaşı Şixəli Gözəlov, sərhəd pozucusu, 1980-ci il təvəllüdlü Gözəlova Aynur Əhməd qızı saxlanılaraq istintaqa cəlb olunub. Araşdırma zamanı sərhəd pozucusunun 2007-ci ildən Türkiyədə məskunlaşması, müvafiq sənədləri olmadığından 2017-ci ilin iyun ayının əvvəllərində vətənə qayıt­maq üçün Türkiyə sərhədini pozaraq İrana, oradan isə Azərbaycana keç­məsi müəyyənləşib.
Hər iki fakt üzrə cinayət işi başlanıb.
 
Aktual.az
Xəbər 30 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR