Şəmkirdə silahlı insident – 2 nəfər güllələnib, vəziyyətləri ağırdır

Şəmkirdə silahlı insident – 2 nəfər güllələnib, vəziyyətləri ağırdır

Hadisə rayonun Dəllər Daşbulaq kəndində baş verib

Belə ki, silahlı insident nəticəsində rayon sakini 1986-cı il təvəllüdlü Cavid Şirinov özünə məxsus "Niva" markalı avtomobildə ayağından güllələnib.

 Təfərrüatı hələlik məlum olmayan hadisə zamanı Şəmkir rayon sakini 1984-cu il təvəllüdlü Zirəddin Qarayev adlı şəxs də güllə yarası alıb. Hər iki yaralının vəziyyəti orta-ağırdır. Onlar Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.

Şəmkir Rayon Polisi Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır.(Report)
 
Aktual.az
Xəbər 809 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR