Şəmkirdə ağır yol qəzası - Yaralılar var

Şəmkirdə ağır yol qəzası - Yaralılar var

Şəmkirdə yol qəzası baş verib, yaralılar var.



Aktual.az Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkirdə “VAZ” markalı iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.



Hadisə ötən gün axşam saat 20 radələrində Kür qəsəbəsinə gedən yolda, rayonun Mahmudlu kəndindən keçən hissəsində qeydə alınıb. “VAZ” markalı iki avtomobilin toqquşması nəticəsində onlardan birini idarə edən sürücü 50 yaşlı Əfqan Rüstəmov, sərnişinlər 45 yaşlı Yeganə Qurbanova və 22 yaşlı Rüfanə Qurbanlı müxtəlif bədən xəsarətləri alıb.



Hər üç yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər sürücünün vəziyyətini ağır, digər yaralıların sağlamlıq durumunu isə orta-ağır kimi qiymətləndirir. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. 

Xəbər 629 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR