Səməd Seyidov: “Beynəlxalq təşkilatlar işğalçı ölkəyə qarşı lazımı addımlar atmır”

Səməd Seyidov: “Beynəlxalq təşkilatlar işğalçı ölkəyə qarşı lazımı addımlar atmır”

Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov beynəlxalq təşkilatları Ermənistanın işğalçılıq siyasətinə qarşı ciddi addımlar atmağa çağırıb.
Aktual.az Publika.az-a istinadən  xəbər verir ki, komitə sədri S.Seyidov bu gün Bakıda işə başlayan Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünün işğalçı Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirib.
S.Seyidov deyib ki, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova münaqişələr və müharibələrlə üzləşib:
"Bu münaqişələr nəticəsində minlərlə insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistanın işğalı nəticəsində Azərbaycan da qaçqın və məcburi köçkün problem ilə üzləşib. Çox təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar işğalçı ölkəyə qarşı lazımı addımlar atmır. Bunun nəticəsində isə dünyada qaçqın və miqrant böhranı yaşanır”.
S.Seyidov həmçinin qeyd edib ki, indi insan hüquqularının qorunması məsələsi beynəlxalq təşkilatlar üçün ali prinsiplərdən biri olmalıdır:
"Münaqişələr nəticəsində qaçqın və miqrant vəziyyətinə düşən insanların pozulmuş hüquqları bərpa olunmalı və qorunmalıdır”.
 
Aktual.az
Xəbər 547 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR