Səlim Müslümov: Əmək kitabçasında maaşlar az göstərilir

Səlim Müslümov: Əmək kitabçasında maaşlar az göstərilir

"Azərbaycanda 71 min adamın əmək kitabçasında maaşı 105 manatdan az göstərilib”.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. 

Onun fikrincə, bunun səbəbi müxtəlif ola bilər: "Maaşın minimum əməkhaqqından aşağı olması işçilərin ya yarım ştatda işləmələri, ya başqa səbəblə bağlı ola bilər. Amma ölkə ərazisində əməkhaqları minimum qiymətdən aşağı olmamalıdır”.

Nazirin sözlərinə görə, Azərbaycan Prezidentinin "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” 2017-cı il 21 yanvar tarixli sərəncamı 145 min adama təsir edəcək: "Onların əməkhaqqısı təxminən 40,3 milyon manat artacaq”.
 
Aktual.az
Xəbər 292 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR