Sel avtomobil körpüsünü dağıtdı - Kəndlə əlaqə kəsildi

Sel avtomobil körpüsünü dağıtdı - Kəndlə əlaqə kəsildi

İsmayıllı rayonunun Qalacıq kəndində avtomobil körpüsünün uçması nəticəsində kəndin rayonla əlaqəsi kəsilib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Sumağallı və Qalacıq kəndlərini birləşdirən avtomobil yolunun 7-ci kilometrliyində, Qalacıq çayı üzərində olan avtomobil körpüsü selin təsiri nəticəsində dağılaraq yararsız hala düşüb.
1970-ci ildə yerli əhali tərəfindən tikilən körpü əsaslı təmir olunmadığına görə, son günlər Qalacıq çayına gələn güclü sel nəticəsində dağılıb. Nəticədə kənd əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.
Hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Alternativ yolun açılması üçün qısa vaxtda lazımi işlər görülüb, əhalinin gediş-gəlişi təmin edilib. Hadisə yerinə mütəxəssislər baxış keçirib.

Mütəxəssislərin rəyindən sonra dağılan avtomobil körpüsünün yenidən qurulması və ya bərpa edilməsi üçün işlərə başlanılacaq.
 
Aktual.az
Xəbər 163 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR