Şəkər çuğunduru istehsalçılarına subsidiya veriləcək - Hər tonuna 4 manat

Şəkər çuğunduru istehsalçılarına subsidiya veriləcək - Hər tonuna 4 manat

Prezident İlham Əliyev Azərbaycanda şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında sərəncam imzalayıb.

Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamla müəyyən edilir ki:

- şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına 4 manat məbləğində subsidiya ödənilir;

- kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 2017-ci ildən şəkər çuğunduru əkinlərinə şamil edilmir.

Nazirlər Kabinetinə şəkər çuğundurunun emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş şəkər çuğundurunun hər tonuna görə onun istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyi bu fərmana uyğun olaraq maliyyələşməni təmin edəcək.
 
Aktual.az
Xəbər 374 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR