Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb

Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb

Almaniyanın paytaxtı Berlindəki İddiaçılar Turnirində VI turun oyunları keçirilib.

Aktual.az "Report"a istinadən bildirir ki, Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Rəqib 64-cü gedişdə təslim olub.
Bununla da Məmmədyarov turnirdə ikinci qələbəsini qazanıb. O, ilk turda İddiaçılar Turnirinin ötən qalibi, rusiyalı Sergey Karyakini yenib.
İddiaçılar Turniri, VI tur
Fabiano Karuana (ABŞ) - Aleksandr Qrişuk (Rusiya) - 0.5:0.5

Uesli So (ABŞ) - Levon Aronyan (Ermənistan) - 1:0
Din Lirjen (Çin) - Sergey Karyakin (Rusiya) - 0.5:0.5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Vladimir Kramnik (Rusiya) 1:0
Qeyd edək ki, hazırda Məmmədyarov və Karuana hərəyə 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Qrişuk, Lijen və Kramnik hərəyə 3 xalla 3 - 5-ci, Aronyan və So hərəyə 2.5 xalla 6-7-ci, Karyakin isə 2 xalla 8-ci yerdədir.
Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR