Səhiyyə Nazirliyi psixotrop dərman satan apteklərə xəbərdarlıq etdi

Səhiyyə Nazirliyi psixotrop dərman satan apteklərə xəbərdarlıq etdi

"Psixotrop dərman preparatları dövriyyəsinə nəzarət olunur. Dövriyyəsi məhdudlaşdırılan dərman preparatlarının siyahısı Milli Məclis tərəfindən təsdiq olunub. Mütəmadi olaraq bu siyahıya düzəlişlər olunur. Bu yaxınlarda Səhiyyə Nazirliyi tərəfindən 50 milliqramlıq "travmadol” dərman preparatının siyahıya daxil edilməsi ilə bağlı Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənova müraciət olunub”.

Aktual.az APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
Nazir müavini qeyd edib ki, apteklər bu dərmanların satışını həyata keçirərkən diqqətli olmalıdırlar: "Bu preparatların reseptsiz satışı ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsində müəyyən müddəalar var. 2015-2017-ci illərdə sahibkarlığa kömək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən də yoxlamalar aparılmırdı. Artıq Səhiyyə Nazirliyinə dərman preparatlarının dövriyyəsinə nəzarət olunması səlahiyyəti verilib”.

Aktual.az 
Xəbər 21 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR