Şəhidimiz torpağa tapşırıldı - FOTOLAR

Şəhidimiz torpağa tapşırıldı   - FOTOLAR

Azərbaycan Ordusunun fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəsin pozması nəticəsində şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Zeynalov Elmir Sərxan oğlu doğulduğu Əhmədabad kənd qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində Goranboy rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd sakinləri, mərhum hərbçinin xidmət etdiyi hərbi hissəsinin rəhbərliyi, döyüşçü yoldaşları iştirak edib.

Komandirləri Elmir Zeynalovun nümunəvi hərbçi olduğunu, döyüş tapşırıqlarını hər zaman layiqincə yerinə yetirdiyini bildiriblər.

Daha sonra yaylım atəşə açılıb, şəhid torpağa tapşırılıb.

Qeyd edək ki, Elmir Zeynalov ailənin tək oğul övladı olub.

Xəbər 687 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR