Şəhidimiz sabah Şabranda dəfn olunacaq

Şəhidimiz sabah Şabranda dəfn olunacaq

 Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 1978-ci il təvəllüdlü Salahov Fizuli Süleyman oğlu sabah Şabran rayonu, Gəndov kənd qəbiristanlığında dəfn olunacaq.
 
O, 19 il Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. 
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, 39 yaşlı hərbiçinin nəşi bu gün ailəsinə təhvil veriləcək. 
Qeyd edək ki, şəhid F.Salahov ailəli olub, iki oğlu var. 
 
Aktual.az
Xəbər 234 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR