Şəhid kapitanın medalı 4 yaşlı oğluna verildi

Şəhid kapitanın medalı 4 yaşlı oğluna verildi

Aprelin ilk günlərində cəbhədə gedən döyüşlər zamanı şəhid olan kapitan İnqilab Quliyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamına ayğun olaraq ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunub.

Mərasimdə çıxış edənlər Azərbaycan ordusunun düşmənə layiqli cavab verməsindən, cəbhədə əldə olunan uğurlardan danışıblar. Ərazi bütövlüyümüz uğrunda gedən Qarabağ döyüşlərində Gəncə şəhəri 400-ə yaxın şəhid verib. 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Əslən Kəlbəcərdən olan və Gəncədə müvəqqəti yaşayan silahlı qüvvələrin 33 yaşlı zabiti İnqilab Quliyev aprelin 4-də cəbhənin Ağdərə rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub. 

Şəhid İnqlab Quliyevin ölümündən sonra layiq görüldüyü medal onun 4 yaşlı oğlunun sinəsinə taxılıb. Daha sonra şəhidin döyüş yoluna həsr olunan videoçarxa baxılıb.(Kəpəz TV)

Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR